Ana Sayfa > Manşet / İqtisadiyyat > Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir


11-04-2022, 15:21. Yazar: sevinc1
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Komitədən aia.az-a verilən məlumata görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi təqdimaları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

aia.az
Geri dön