Ana Sayfa > Dünya > Kremldən ABŞ-ın keçmiş prezidentinə

Kremldən ABŞ-ın keçmiş prezidentinə


11-04-2022, 14:36. Yazar: sevinc1
Kremldən ABŞ-ın keçmiş prezidentinə

Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, ABŞ rəsmiləri dəfələrlə Rusiyanın NATO-ya üzvlüyünün mümkün olmadığını açıqlayıblar.

Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.

aia.az
Geri dön