Ana Sayfa > Cəmiyyət > Baş verən dəhşətli qəzada ölən və yaralananların adı açıqlandı

Baş verən dəhşətli qəzada ölən və yaralananların adı açıqlandı


13-05-2016, 13:01. Yazar: admin



Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində, Astaranın Çayoba kəndi ərzasində qəzaya düşən mikroavtobusda ölən və yaralananların adları məlum olub.

"Report"un məlumatına görə, ölənlər - rayonun Ərçivan kənd sakinləri 1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar - Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva.

Qeyd edək ki, "Shacman" markalı yük maşının sürücüsü hadisə yerindən qaçıb. Sürücünün tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.










Geri dön