Ana Sayfa > Media > Brüssel görüşünün nəticələri Azərbaycanın xarici siyasətində növbəti uğurudur.

Brüssel görüşünün nəticələri Azərbaycanın xarici siyasətində növbəti uğurudur.


8-04-2022, 12:44. Yazar: admen
Brüssel görüşünün nəticələri Azərbaycanın xarici siyasətində növbəti uğurudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atmaqda davam edir.
“Azərbaycan Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün önəmli addımlar atır, Avropada sülhün təminatçısı olduğunu qeyd edir. Sözsüz ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərsə, Brüsseldə baş tutan görüş də sülhün bərqərar olmasına öz töhfəsini verə bilər”.
Brüssel görüşündə əldə olunan razılaşmaları Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması baxımından yeni mərhələnin başlanğıcı hesab etmək olar.

Prezident İlham Əliyevin həmişə təklif etdiyi, irəli sürdüyü sülh modeli təkcə Azərbaycan üçün deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

“Görüşün nəticələri Azərbaycanın mövqeyinin təsdiqi olaraq sənəddə “Dağlıq Qarabağ” ifadəsinə və ya 30 illik münaqişənin həllində heç bir rol oynamayan Minsk qrupunun həmsədrlik institutuna heç bir istinad yoxdur. Bu, çox vacib amildir. Çünki vaxtilə həlli Minsk qrupuna həvalə olunmuş münaqişəni Azərbaycan məcburiyyət qarşısında qalaraq güc yolu ilə həll etdi və BMT-nin müvafiq qətnamələrinin icrasını yerinə yetirdi. İkinci məqam isə ondan ibarətdir ki, Minsk qrupu tarixdə fəaliyyətinin nəticəsi olmayan qeyri-ciddi qurum olaraq qalıb və bu qurumun sülh sazişinin hazırlanması prosesinə cəlb edilməsi mümkün deyil. 6 aprel görüşünün üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etməsi müzakirələrin detallı getdiyini göstərir. Bu görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması üçün iki ölkənin Xarici İşlər Nazirliyinə müvafiq təlimatın verilməsi bu görüşün görüntü üçün deyil, real nəticələrə hesablandığını göstərir. Azərbaycanın isə sülh müqaviləsi danışıqları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Sənədin əsas və vacib məqamı isə Azərbaycanın ərazi bütövlüyüdür”. Ermənistan tərəfindən irəli sürülən iddiaların sülh müqaviləsi müzakirələrinin gündəliyindən çıxarılması və bunun davamlı hal almasıdır. Ötən ilin dekabr ayında keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanatda da sözügedən məsələlərin yer almaması, dövlətlərin ərazi bütövlüyünü şübhə altına ala biləcək bütün məqamların Ermənistan-Azərbaycan münasibətlərinin perspektiv gündəliyindən çıxarılması anlamına gəlir”. 

Avropa İttifaqının qərəzsiz mövqeyi və hər iki tərəfin bu quruma etimadının olması Brüssel formatının yeni mexanizm kimi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları ehtiva etməsi vacib amildir. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir, danışıqların bu mərhələyə çatmasında bu dialoqun əhəmiyyətli rolu var.

“Biz bu cür uğurlara ancaq sevinə bilərik. Çünki bu uğurlar hamımızın uğurudur. Dünya Azərbaycanın əldə etdiyi uğurları daha yaxından görə bilir. Hazırkı beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir. Yeni reallığı beynəlxalq münasibətlərdə önə çəkmək olduqca çətindir. Amma görülən işlər və əldə edilən uğurlar onu deməyə əsas verir ki, bütün bunlar dövlət başçımızın xalqımız qarşısında növbəti danılmaz xidmətidir. Bu baxımdan çətin, taleyüklü zamanda Prezident İlham Əliyev kimi ölkəsinə şərəflə xidmət edən bir Prezidenti olduğu üçün biz xoşbəxt xalqıq. Brüssel görüşü bu xidmətin davamı idi”.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri

AİA.Az

Geri dön