Ana Sayfa > Media > Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə araşdırma başlanıldı - RƏSMİ
Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə araşdırma başlanıldı - RƏSMİ8-04-2022, 12:32. Yazar: admen |
![]() Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəməsi ilə bağlı açıqlama verilib. Nərimanov Rayon Prokurorluğundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır: “Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək”. Qeyd edək ki, ötən gün Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi barədə məlumat yayılmışdı. A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. AİA.Az Geri dön |