Ana Sayfa > Karusel / Gündəm > BDU-dan Məzahir Pənahovun işdən çıxarılması ilə bağlı
BDU-dan Məzahir Pənahovun işdən çıxarılması ilə bağlı8-04-2022, 11:51. Yazar: sevinc1 |
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil. Bunu Trend-ə açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kəmalə Quliyeva deyib. O bildirib ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub. "Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib. Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırırıq",- K.Quliyeva deyib. aia.az Geri dön |