Ana Sayfa > Cəmiyyət > Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu: 4 ölü, 7 yaralı

Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu: 4 ölü, 7 yaralı


13-05-2016, 11:58. Yazar: admin


Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

"Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.
Geri dön