Ana Sayfa > Dünya > Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır

Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır


8-04-2022, 10:12. Yazar: sevinc1
Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır

Avropa İttifaqı Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq.

aia.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında məlumat verib.

O qeyd edib ki, Avropa İttifaqı diplomatı Cosep Borrelin təklifi ilə Avropa Sülh Fondunu Ukraynanı daha 500 milyon avro ilə təmin etməyi planlaşdırır.

"Sürətli təsdiqdən sonra bu, Aİ-nin Ukraynaya hərbi yardımını 1,5 milyard avroya çatdıracaq", - Mişel əlavə edib.

aia.az
Geri dön