Ana Sayfa > Media > İradə Əliyeva tərəfindən yazılmış Xocalı Şahidləri danışır kitabı

İradə Əliyeva tərəfindən yazılmış Xocalı Şahidləri danışır kitabı


7-04-2022, 16:12. Yazar: sevinc1
İradə Əliyeva tərəfindən yazılmış Xocalı Şahidləri danışır kitabı

Stichting TogetherStrong, 2021-ci ilin dekar ayından başlayaraq, Xocali faciəsi ilə bağlı tədbirler planı hazırladı və bu tədbirlər planına uyğun olaraq nəzərdə tutulan fəaliyyetləri həyata keçirməyə başladı. Nəticə olaraq, bir neçə komponentdən ibarət böyük bir layihə hazırladıq. Biz Niderland dövlətinin ikinci palatasinin Xarici işlər şöbəsi ilə əlaqələr qurmağa başladıq. Bu prosesdə muxtəlif yerli mütəxəsislərdən məsləhətlər aldıq.

Stichting TogetherStrong Parlamentin İkinci Palatasına rəsmi məktub hazırladı və bu məktubları başladıgımız layihlər çərivəsində Niderland Krallığının İkinci palatasının Xarici Işlər uzrə komissiyasina Niderlandda yaşayan bütün icma üzvləri və icma işi ilə məşğul olan, Diaspora Koordinasiya Surasına daxil olan və daxil olmayan təşkilatlar adından göndərdik. Eyni zamanda bu təşkilatlar da bu emaillərin bir nüsxəsini aldı və razılaşdığımız kimi, bu müraciətdən ibarət olan məktub həm də digər icma təşkilatları tərəfindən göndərildi.

İkinci Palatanın gündəliyi gərgin olduğu üçün onlar hər müraciətə cavab verə bilmirlər. Belə halda icma təşkilatlarından kimə cavab gələrsə Koordinasiya Şurasının üzvləri ilə müzakirə olunub, və bir yerdə bu görüşə gedilməyi qərara aldiq. Məktublar elektron poçtla və eləcə də qeydiyyatdan keçmiş poçta ilə göndərildi. Bəzi palata üzvləri ilə yazişmağa (Stichting TogetherStrong) başladıq.

Hal-hazırda bəzi icma təşkilatları bu müraciət əsasında fərdi görüşlərə gediblər. Lakin bundan bütün Koordinasiya Şurasının xəbəri olmayıb və hər kəs də bu üzdən iştirak edə bilməyib. Lakin biz işimizə davam edirik.

Stichting TogtherStrong layihənin diğər komponenti kimi eyni zamanda da Iradə Əliyeva tərəfindən yazılmış Xocalı Şahidləri danışır kitabını da Niderland dilinə tərcümə etməyə başladı. Məqsəd isə bu kitabı da layihənin bir hissəsi olaraq göruşdüyümüz deputatlara və Niderland Kralliğında görüşdüyümüz müxtəlif məsul şəxslərə verməkdir.

Kitabın birinci nəşri cox maraq oyatdi və insanlar həqiqətən də çox maraq gösterdi. Niderland icması və Niderlandda böyüyən Azərbaycan əsilli gənclər də böyük maraq göstərdilər. Məmüniyyətlə kitabı alib həm özləri oxumaq istəyirlər, hem de etraflarında olan dostları ilə bölüşmək istəyirlər.

Artıq bizdə olan nüsxələr bitdi və biz ümid edirik ki, kitabin yenidən nəşr edilməsi üçün maliyənin əldə edilməsinə nail olacayıq. Qeyd edək ki, kitabın tərcümə olunması bir pilot layihə idi və Niderland dilinə tərcümə olunmuş ilk Xocali faciəsi haqqinda kitabıdır. Biz kitabin elektron versiyasını isə Niderlandda olan online kitabxanalara yerləşdirmək niyyətindəyik. Bildiyimiz kimi kitabın elektron versiyaysı üçün də İSBN nömrəsi yenidən alinmalıdır və bu da muəyyən maliyyə tələb edir.

Bu ise Xocaliya ədalet şüarı altında yeni sayt işıq üzü gördü. Saytda da Xocali faciəsinin qurbanlarınin heykayələri Niderland diline Stichting TogetherStrong tərəfindən tərcümə olunaraq, sayta yerləşdirilib paylaşılacaq. Hal hazırda şahidlərin və o gecəni yaşayan insanların heykayələri tərcümə olunur və hər həftə bu sayta bir məqalə əlavə ediləcək. Bu Niderland dilində olan və Xocali həqiqqətlərini əks etdiren ilk saytdır.https://justiceforkhojaly.nl

Eləcədə əğər bizə dəstək olarsa biz diğər tarixi və hüqüqi sənədləri də tərcümə edib bu sayta əlavə etməyi düşünürük.

Bizə çoxlu müraciətlər olduğu ücün kitabın yenidən çap olunmasını isterdik. Hal-hazirda bu istiqamətdə işlər görülür və kitabın çapı üçün fond arayırıq.

Həm kitab, həm də website Azərbaycanın və Xocali faciəsinin həqiqətlərini Niderlandlı oxuculara təbliğ etməkdir. Bu işdə butun həyata keçirilən addımlar Stichting TogetherStrong tərəfindən könüllü olaraq görülüb. Bu fəaliyyət üçün heç bir yerdən dəstək alınmayıb.

aia.az
Geri dön