Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakı və Qubada yanğın

Bakı və Qubada yanğın


26-07-2015, 10:45. Yazar: admin
Bakı və Qubada yanğın
Hər iki yanğının FHN yanğınsöndürənləri tərəfindən qarşısı alınıb.
Qubada yanğın hadisəsi qeydə alınıb.

Aia.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan istirahət mərkəzində mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda da yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 48 kv.m olan 2 otaqlı mənzilin mətbəxində elektrik sobası və mətbəx mebeli yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön