Ana Sayfa > Seçki 2024 > Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb və insanların həyatı yaxşılaşıb

Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb və insanların həyatı yaxşılaşıb


6-04-2022, 09:14. Yazar: admen
Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb və insanların həyatı yaxşılaşıb

Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf perspektivi qazanmış olur. Bu baxımdan Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin məqsədi ölkənin tərəqqisinə nail olmaqdır. Bu da ölkəni xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməyə xidmət edir. Məlum olduğu kimi əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün də qabaqcıl dünya təcrübəsinə və milli iqtisadi reallıqlara əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə milli iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. İstehsal və maliyyə potensialı, infrastruktur bazalarının yaradılması bir çox problemləri aradan qaldırmaqla yanaşı, regionlararası inkişafa səbəb olmuşdur.

İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Paytaxtla yanaşı ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Bu obyektlərin istifadəyə verilməsi təbii ki, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 6 faizə enmişdir. Halbuki bu rəqəm 2004-cü ildə 40,2 faiz təşkil edirdi.

Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi və siyasi islahatlar Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini və dayanıqlığını artırmışdır. Xüsusilə İlham Əliyevin 2016-cı il mart ayının 16-da imzaladığı sərancam ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir.

İlham Əliyev prezident olduğu vaxtdan bir çox ölkələrlə iqtisadi, sənaye, neft-qaz və investisiya layihələri hazırlanmış və imzalanmışdır.
İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatın inkişafı üçün bir çox mühüm addımlar atılmış, Azərbaycan neftinin dünya bazarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan verilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi bir sıra qlobal layihələr başa çatdırılmışdır.

Bildiyimiz kimi 2006-cı ildən artıq Bakı-Tbilisi-Ceyhan boru xətti istismara verilmişdir.
Şərqi Asiya dövlətlərinin əksəriyyəti əvvəlcə iqtisadi islahatlar həyata keçirmiş və yalnız bundan sonra siyasi islahatlara başlamışdır. İlham Əliyev də bu siyasətdən istifadə etmiş və uğurla davam etməkdədir.

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan 2003-2018-ci illərdə sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı. Dünya İqtisadi Forumunun “inklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəmizin idarə edilməsi və sosial-iqtisadi inkişafı ilə bağlı aydın və konkret baxışlara, siyasi iradəyə malik olması, dövlət başçısı tərəfindən bütün sahələr üzrə konkret dövlət proqramlarının təsdiqlənməsi və onların artıq icrasına başlanılması müəyyən edilmiş vəzifələrin reallaşmasına təminat verir.

Bir sözlə, 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Azərbaycan xalqı ölkənin bundan sonrakı dövrlərdə də inkişafının məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alaraq dövlətimizin idarə edilməsini tərəddüd etmədən Cənab Prezident İlham Əliyevə etibar edir.

Ayazxan Fərəcov,
Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin direktoru

Geri dön