Ana Sayfa > Seçki 2024 > GÖYGÖL RAYONUNDA AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ETİBAR HACIYEVİN DÖGUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

GÖYGÖL RAYONUNDA AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ETİBAR HACIYEVİN DÖGUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB


5-04-2022, 18:46. Yazar: admen
GÖYGÖL  RAYONUNDA  AZƏRBAYCANIN  MİLLİ  QƏHRƏMANI  ETİBAR HACIYEVİN  DÖGUM  GÜNÜNDƏ XATİRƏSİ ANILIB

Anım tədbirində YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, İHB Aparatının şöbə müdiri Sərdar Balayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov, Ərazi partiya təşkilat sədrləri, qazilər, gənclər və şəhidin ailə üzvləri iştirak etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyevin Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi yad edilib.

AIA.Az xəbər verir ki, tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev geniş nitq söyləyərək, Etibar Hacıyevin həyatından, onun keçdiyi döyüş yolundan söhbət açmış, göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında məlumat vermiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısından danışmışdır. Sonra Etibar Hacıyevin Göygöl şəhərindəki büstü və yaşadığı Yeni Zod kəndində şəhidlərin xatirəsinə inşa olunmuş abidə kompleksi ziyarət olunmuş, şəhidin ailə üzvlərinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılmışdır.

Görüş zamanı Milli Qəhrəman Etibar Hacıyevin vətənpərvər, cəsur və eyni zamanda sadəliyi və mehribanlığı ilə hamının hörmətini qazanmış olduğu qeyd olunmuş, onu dünyaya gətirən anaya təşəkkür bildirilmişdir. YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin anasına təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Geri dön