Ana Sayfa > Şou-biznes > “Fəxri adlı sənətçilərə güzəşt olmalıdır” -
“Fəxri adlı sənətçilərə güzəşt olmalıdır” -5-04-2022, 17:43. Yazar: sevinc1 |
Xalq artisti Gülyanaq Məmmədova konsert zallarının icarə haqqından narazıdır. aia.az olay-a istinadən xəbər verir ki, xanəndə bu barədə "Evinizə Gələn Var" proqramında qonaq olarkən deyib. G. Məmmədova deyib ki, bir günlük məşq üçün 6 min manata yaxın ödəniş edib və fəxri adı olan sənətçilərə güzəşt olunmalıdır: "Azərbaycanda konsertlərin xərcləri özümdən baha başa gəlir. Mən bilmirəm ki, ifamın həyəcanını keçirim, proqram hazırlayıb repertuar tutum, afişa, reklamları fikirləşim, yoxsa icarə haqqını düşünüm? Bileti neçəyə bu xalqa satım ki, ora 18 min icarə haqqı verim. Bir gün məşq üçün 5 min 900 AZN pul ödəmişik. Niyə belə olmalıdır? Fəxri adlı sənətçilərə güzəşt olmalıdır. 100-150 manata bileti kim alar? Satılmaq dərdini çəkək? Axı biz sənətin aşiqiyik, pulla ölçmürük". aia.az Geri dön |