Ana Sayfa > Gündəm > Rusiya XİN-dən Azərbaycana silah satışı ilə bağlı açıqlama
Rusiya XİN-dən Azərbaycana silah satışı ilə bağlı açıqlama12-05-2016, 23:22. Yazar: admin |
“Azərbaycana silah tədarükündə başqa nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə beynəlxalq-hüquqi əsaslara malik hərbi-texniki əməkdaşlıq aparır AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barəəd Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. “Hansısa nüansları tutmaq, sözlərdə iki, yaxud üçqat məna axtarmaq lazım deyil. Siz bilirsiniz ki, Rusiya hərbi-texniki əməkdaşlığı aydın beynəlxalq-hüquqi əsasda aparır”, - deyə, Zaxarova Rusiyanın Azərbaycana silah tədarükü barədə sualı cavablandırıb. Zaxarova əlavə edib: “Biz Dağlıq Qarabağdakı vəziyyətin çətinliyini gözəl anlayırıq və biz hansı metodların sözdə deyil, işdə vəziyyətin sakitləşməsinə gətirəcəyini başa düşürük. Bura ilk növbədə siyasi-diplomatik tənzimləmə metodları daxildir” aia.az Geri dön |