Ana Sayfa > Parlament > Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən qadının meyiti tapıldı
Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən qadının meyiti tapıldı5-04-2022, 11:42. Yazar: sevinc1 |
Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb. Bu barədə APA-ya onun yaxınları məlumat verib. 1971-ci il təvəllüdlü S.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən yeni kanaldan aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına ataraq intihar etmişdi. Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib. AİA.Az Geri dön |