Ana Sayfa > Parlament > "Asan xidmət"in əməkdaşını qaçıran şəxs həbs olunub
"Asan xidmət"in əməkdaşını qaçıran şəxs həbs olunub5-04-2022, 11:41. Yazar: sevinc1 |
Ağcabədidə "Asan xidmət"in əməkdaşını qaçıran şəxs həbs olunub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AİA.Az-a bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri dön |