Ana Sayfa > Cəmiyyət > Bakı şəhərinin sabiq prokuroru Moskvada vəfat etdi

Bakı şəhərinin sabiq prokuroru Moskvada vəfat etdi


12-05-2016, 23:06. Yazar: admin
Bakı şəhərinin sabiq prokuroru Moskvada vəfat etdi



Bakı şəhərinin sabiq prokuroru Məmməd Quliyev vəfat edib.

aia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı jurnalist, publisist Cəfər Sadıx Abbasov məlumat verib. O, uzun illərdir ki, Moskvada yaşayan M. Quliyevin bu gün səhər saatlarında qəflətən ürək tutmasından vəfat etdiyini söyləyib.
C. Abbasov mərhumla vida mərasiminin mayın 13-də Moskvanın "Otradnoye" metrostansiyası yaxınlığında yerləşən məsciddə keçiriləcəyini bildirib.

Qeyd edək ki, Məmməd Babaş oğlu Quliyev 1939-cu il fevralın 3-də Ağdamda doğulub. Milli Məclisin birinci çağırış deputatı olan M. Quliyev parlamentdə qanunvericilik və dövlət təhlükəsizliyi komissiyasına rəhbərlik edib.

Mərhum Moskvada dəfn olunacaq.

aia.az
Geri dön