Ana Sayfa > Gündəm > Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət


4-04-2022, 14:10. Yazar: sevinc1
Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət


04 aprel 2022-ci il tarixdə Quşçu kəndində fəaliyyət göstərən Əli İsmayılov adına ərazi partiya təşkilatında YAP üzvləri ilə görüş keçirildi.

aia.az xəbər verir ki, görüşdə 2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən,Yeni Azərbaycan Partiyasının bu seçkidə namizədi partiyanın Sədri Cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsindən söhbət açıldı.

Yığıncaqda Asif Məmmədov,Kərim Kərimov və başqaları çıxış edərək Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin böyük inkişaf yolu keçməsini,dövlətimizin güclənməsini və onun iqtisadiyyatının sürətlə artmasını qürur hissi ilə qeyd etdilər.

Həmçinin 44 günlük Vətən Müharibəsində xalqımızın möhtəşəm qələbəsindən,və bu qələbəni bizə yaşadan şəhidlərimizdən də danışanlar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhuna dualar etdilər.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Əli İsmayılov adına ərazi partiya təşkilatının sədri Ayaz Əzizovu doğum günü münasibəti ilə təbrik edərək ona qiymətli hədiyyə təqdim etdi.

Yekun nitq söyləyən Meydanəli Yolçiyev bildirdi ki,Azərbaycan dövlətçiliyi ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qorunur və onun apardığı siyasət Azərbaycan xalqını bundan sonra da qələbədən-qələbəyə aparılmasını təmin edəcəkdir.

aia.az
Geri dön