Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq qardaşını öldürən şəxslə bağlı
Prokurorluq qardaşını öldürən şəxslə bağlı4-04-2022, 11:39. Yazar: sevinc1 |
Aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Oğuz rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. aia.az Geri dön |