Ana Sayfa > Cəmiyyət > İrandan dərman adıyla narkotik gətirdi

İrandan dərman adıyla narkotik gətirdi


12-05-2016, 20:34. Yazar: admin
İrandan dərman adıyla narkotik gətirdi






Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq onun çantasına gömrük baxışı keçirilib.

Yoxlama zamanı çantadan içərilərində maye şəklində müxtəlif maddələr olan 5 ədəd 1 litrlik plastmas qablar aşkar olunub. Üzərində Azərbaycan dilinə tərcümədə "çinar yarpağından çəkilmiş sirop" yazılmış 3 qabda sarımtıl rəngli xüsusi iyə malik olan su şəklində maddə, üzərində Azərbaycan dilinə tərcümədə "naringi meyvəsindən çəkilmiş sirop" yazılmış 1 ədəd qabda şəffaf rəngli xüsusi iyə malik olan su şəkilində maddə, üzərində Azərbaycan dilinə tərcümədə "beymədaran bitkisindən çəkilmiş sirop" yazılmış 1 ədəd qabda isə şəffaf rəngli xüsusi iyə malik su şəkilində maddə aşkar olunaraq protokol əsasında götürülüb.



Gömrükçülərə verdiyi ilkin izahatında İran İslam Respublikasının vətəndaşı əsəb xəstəliyindən əziyyət çəkdiyini və həmin qablardakı dərmanları qəbul etdiyini bildirib.

Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində aparılan fiziki-kimyəvi və biolojı ekspertiza nəticəsində "çinar yarpağından çəkilmiş sirop" yazılmış 3 ədəd 1 litrlik plastik qablardakı mayenin narkotik vasitə - metadon məhlulu olduğu müəyyən edilib. Aşkar olunan metadonun ümumi həcmi 2 litr 835 ml-dir.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön