Ana Sayfa > Seçki 2024 > GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, RUSLAN İSMAYILOVUN DÖGUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, RUSLAN İSMAYILOVUN DÖGUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB


1-04-2022, 16:18. Yazar: sevinc1
GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, RUSLAN  İSMAYILOVUN  DÖGUM  GÜNÜNDƏ XATİRƏSİ ANILIB

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimovanın, şöbə müdiri Sərdar Balayevin, Ərazi partiya təşkilat sədrlərinin, qazilərin, gənclərin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarı və şəhid Ruslan İsmayılovun yaşadığı Çaykənd kəndində şəhidlərin xatirəsinə inşa olunmuş bulaq kompleksi ziyarət edilərək, məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Sonra şəhidin ailə üzvləri ziyarət olunaraq onları qayğılandıran məsələlər müzakirə olunub.

aia.az xəbər verir ki, görüş zamanı Ruslan İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim edilib. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

AİA.AZ
Geri dön