Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda ölən şəxsə kredit necə verilib?
Azərbaycanda ölən şəxsə kredit necə verilib?12-05-2016, 18:21. Yazar: admin |
"Parabank"ın Nərimanov rayon filialında Bakı sakini, 19 avqust 2014-cü ildə vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015-ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsi imzalanıb. AIA.az-ın musavat.com-a istinadən bildirir ki, mərhumun həyat yoldaşı Xəyalə İbrahimova məsələni aydınlaşdırmaq üçün banka üz tutub. Bankdan ona 1 il 1 ay əvvəl rəhmətə getmiş həyat yoldaşına kreditin hansı şəkildə verilməsi haqda izahat verməyiblər. X.İbrahimova vəkil Əziz Qənbərovla müqavilə bağlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Vəkil deyir ki, mərhum "Parabank"ın Nərimanov filialının intizamlı müştərisi olub. Bankdan müxtəlif vaxtlarda kredit götürüb və vaxtında ödənişlər edib. "Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib. Mərhumun həyat yoldaşı məktubu oxuyanda gözlərinə inanmayıb. Bankdan göndərilən məktubda yazılır ki, Vaqif İbrahimovla 14 sentyabr 2015-ci il tarixli, 035/15/PBN nömrəli kredit müqaviləsi bağlanıb?!" - deyə vəkil deyir. O, "bankda rəhmətliklərlə müqaviləni necə bağlayırlar" sualına aydınlıq gətirmək üçün Nərimanov filialına yollanıb. Lakin vəkilə də filialdan ağlabatan bir izahat verilməyib. Ə.Qənbərov sənədləri toplayaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır, deyir ki, bank məsələyə aydınlıq gətirməlidir. "Göndərdikləri məktubda yazırlar ki, guya mərhum həmin müqavilə üzrə borc öhdəliyini icra etmir və bu səbəbdən tutulma onun yüklü əmlakına yönəldiləcək. Mərhumun həyat yoldaşı isə deyir ki, yaşadığı mənzilin yüklü olması ona həmin məktubdan sonra məlum olub. Mərhumun həyat yoldaşı ilə 1997-ci ildən rəsmi nikahda olmasına və həmin evdə qeydiyyatda olmasına baxmayaraq, evin yüklü olması barədə onun razılığı olmayıb", - deyə vəkil Əziz Qənbərov bildirib. *** Parabank ölü adama kredit verilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. ASC-nin Nərimanov filialında Bakı sakini 19 avqust 2014 cü ildə vəfat etmiş Vaqif İsgəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015 ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsinin imzalanması düzgün məlumat deyil. Vaqif İsgəndər oğlu İbrahimov Parabank ASC-nin Nərimanov filialından kredit götürən zaman subay olub. Krediti ödəməkdən boyun qaçıran müştəriyə filial rəhbərliyi bildiriş göndərib. Həmin bildirişdə kreditin verilmə tarixi mexaniki olaraq səhv qeyd olunub və bank tərəfindən sənədlərlə sübut oluna bilər. 1991 ci ildən fəaliyyətdə olan bank haqqında belə əsassız məlumatların yayımlanması absurddur. Geri dön |