Ana Sayfa > Media > Göygöl rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda Dəyirmi masa keçirilib

Göygöl rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda Dəyirmi masa keçirilib


31-03-2022, 15:10. Yazar: sevinc1
Göygöl rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda Dəyirmi masa keçirilib

aia.az xəbər verir ki, tədbirdə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Gökhan Büktel, Konsulun köməkçisi Ramin İsmayılov, Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşı Babək Rəsulov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, QƏQİB-in Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Göygöl şəhər 1 saylı orta məktəbin direktor müavini Elnur Hacıyev və YAP fəalları iştirak etmişlər.

İlk öncə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamlayadıqdan sonra Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Türk dünyasının lideri Mustafa Kamal Atatürkün, Soyqırımlar zamanı qətlə yetirilən soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vüqar İsayev giriş nitqi ilə çıxış edərək zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələrin də yazıldığını vurğulayaraq, son iki əsrdə erməni vandalları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən soyqırımlardan söhbət açmış, soyqırımlara hüquqi-siyasi qiymət verilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Fondun Vitse Prezidenti Leyla xanım Əliyevanın əvəzsiz rolundan danışmışdır.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Gökhan Büktel çıxış edərək, xalqımızın başına gətirilən soyqırımların mahiyyətindən danışmış, erməni faşizmi tərəfindən törədilənlərin təkcə Azərbaycan xalqına deyil, eyni zamanda türkçülüyə və bütün bəşəriyyətə qarşı yönələn geniş miqyaslı terror aktları və genosid olduğunu bildirmişdir.

Tarixçi, Elnur Haçıyev geniş məruzə ilə çıxış edərək, tarixi faktlara əsaslanmaqla, məkrli erməni planlarının və hiyləgərliyinin, rəzilliyinin və vəhşiliyinin əsil iç üzünü təhlil etmiş, xalqımızın başına gətirilən Soyqırımların dünya dövlətləri tərəfindən tanınması üçün üzərimizə düşən vəzifə və öhdəliklərdən danışmışdır.

Çıxış edən Araz Abbasov, Şəhriyar İsmayılzadə və digər natiqlər də xalqımızın başına gətirilən Soyqırımların acı nəticələrindən, gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyindən və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə olunmuş Zəfərdən söhbət açmışlar.

Sonda 31 Mart Azərbaycanlıların Soyqırımınına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.


aia.az
Geri dön