Ana Sayfa > Media > Ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi
Ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi31-03-2022, 15:05. Yazar: sevinc1 |
![]() Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz qaldıq. Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi. Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir. Erməni vəhşiliyinə tarixi Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi. Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdi. Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi. Minilliklərə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bununla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoyuldu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi aia.az Geri dön |