Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > ÜST:

ÜST:


31-03-2022, 10:46. Yazar: sevinc1
ÜST:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, COVID-19 sonuncu pandemiya olmayacaq.

“COVİD-19-un sonuncu pandemiya olmayacağı tamamilə qətidir. Amma bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizim bu pandemiyanın dərslərini necə öyrənməyimizdən asılıdır”, - deyə ÜST rəhbəri Ümumdünya Hökuməti Sammitində çıxışı zamanı deyib.

O, qeyd edib ki, hazırda orta və aşağı gəlirli ölkələrin xəstəliklərə qarşı müqavimətini gücləndirmək üçün yerli vaksin istehsalının genişləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşunun artırılması, həmçinin pandemiyanın qarşısının alınması və cavab tədbirləri üçün qlobal arxitekturanın gücləndirilməsinə ehtiyac var.

aia.az
Geri dön