Ana Sayfa > Təhsil > Bakı məktəblərindəki monitorinqlərin nəticələri AÇIQLANDI
Bakı məktəblərindəki monitorinqlərin nəticələri AÇIQLANDI12-05-2016, 18:02. Yazar: admin |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin məktəbəqədər hazırlıq qruplarında apardığı monitorinqlərin ilkin nəticələrini açıqlayıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, 2015-2016-cı tədris ilindən başlayaraq Bakı şəhərinin 133 seçilmiş pilot ümumtəhsil məktəbində valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupu təşkil olunub. Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı təcrübənin öyrənilməsi, təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb olunmuş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə aprelin 25-dən mayın 10-dək məktəbəhazırlıq qruplarında monitorinqlər keçirilib. Monitorinq nəticəsində məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu, müəllimlərin hazırlıq səviyyəsi kimi məsələlər araşdırılıb. Monitorinq nəticəsində müəyyənləşdirilib ki, məktəbəhazırlıq qruplarında bütün uşaqlar "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı "kurikulumu" üzrə 5-6 yaşlılar üçün proqram" əsasında təhsil alıblar. Qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətləri həmin kurikulumun tələblərinə əsasən formativ qiymətləndirmə şəklində il boyu aparılıb və tələb olunan sahələr üzrə ümumi nailiyyətlər qənaətbəxş hesab edilib. İdarədən bildirilib ki, məktəbəqədər hazırlıq qruplarının işinin təşkili ilə bağlı qruplarda uşaq sayının az olmasına görə qrupun bağlanması və s. kimi bır sıra problemlər də mövcuddur. Bunun əsasında təhlillər apararaq növbəti tədris ili üçün məktəbəqədər hazırlıq qruplarının işinin təşkili ilə bağlı müvafiq tədbirlər görüləcək. aia.az Geri dön |