Ana Sayfa > Media > Polis ölümlə hədələnən şəxsləri necə qoruyur? - AÇIQLAMA

Polis ölümlə hədələnən şəxsləri necə qoruyur? - AÇIQLAMA


29-03-2022, 15:17. Yazar: admen
Polis ölümlə hədələnən şəxsləri necə qoruyur? - AÇIQLAMA

Cəmiyyətdə tez-tez müxtəlif səbəbdən yaranan mübahisəli məsələlər eşidirik. Hətta mübahisə zəminində kiminsə əsəbdən “səni öldürəcəm” deyə ifadə səsləndirdiyi də olub. Bu ifadələr bəzən gerçək, bəzən isə sadəcə qorxu yaratmaq məqsədi daşıyır.

Lakin bütün hallarda bir şəxsin digərini ölümlə hədələməsi onun hüquqlarını pozmaq kimi qiymətləndirilir. Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə daxil olan şikayətlər arasında ölümlə hədələr də var. Bəs görəsən bu kimi hallarda hansı tədbirlər görülür?

Ölümlə hədələnən şəxslər hansı müddətdə və hansı formada hüquq mühafizə orqanları tərəfindən müdafiə olunurlar?

Bununla bağlı AİA.Az-ın sorğusunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb.

O bildirib ki, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir:

“Hər bir müraciət məzmunundan, ictimai təhlükəlik dərəcəsindən asılı müvafiq olaraq, Baş İdarə, idarə, şöbə və bölmələrə araşdırılması üçün yönəldilir. Ölümlə təhdid edilmə faktı realdırsa, təsdiqini tapırsa, həmin şəxs dərhal mühafizəyə götürülür. Elə müraciətlər var ki, burada zaman məfhumu nisbidir, çünki çevik müdaxilə tələb olunduğu üçün dərhal qeydiyyata alınmaqla icraata başlanılır.

İcraat prosesində öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduqda toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməklə müraciət müəlliflərinə bu barədə məlumat verilir. Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin başlanmasına zəmin yarada bilər.

Hər bir halda müraciətlərə baxılmasının nəticələri və bununla bağlı qəbul olunan qərarlar haqqında müraciət müəlliflərinə qanunla müəyyən edilən müddətlərdə cavablar verilir. Əgər müraciətə baxılmayıbsa və niyə baxılmayıb, yaxud rədd edilibsə cavabda bunun səbəbləri göstərilir”.
Geri dön