Ana Sayfa > Təhsil > Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində 210 namizəd vakansiya seçimi edib

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində 210 namizəd vakansiya seçimi edib


29-03-2022, 11:50. Yazar: admen
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində 210 namizəd vakansiya seçimi edib

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsahibə mərhələsini uğurla başa vuran 210 namizəd vakansiya seçimi edib.

Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edib.

AİA.Az
Geri dön