Ana Sayfa > Siyasət > Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir


28-03-2022, 17:37. Yazar: sevinc1
Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisdən aia.az-a verilən məlumata görə. almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.

aia.az
Geri dön