Ana Sayfa > Gündəm > Kəmaləddin Heydərov vətəndaşlarla görüşmək üçün Bərdəyə gedəcək
Kəmaləddin Heydərov vətəndaşlarla görüşmək üçün Bərdəyə gedəcək28-03-2022, 15:30. Yazar: sevinc1 |
Fövqəladə hallar naziri Bərdədə vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 31-də Bərdə şəhərində, Bərdə Peşə liseyinin binasında saat 11:00-dan Bərdə və Tərtər rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 mart 2022-ci il tarixində Bərdə Peşə liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14 aia.az Geri dön |