Ana Sayfa > Parlament > Bayramdan qalan salatı yeyən bir ailənin üç üzvü zəhərləndi
Bayramdan qalan salatı yeyən bir ailənin üç üzvü zəhərləndi28-03-2022, 09:03. Yazar: sevinc1 |
Tovuzda zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. 1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər. aia.az Geri dön |