Ana Sayfa > Manşet / Ölkə > Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!

Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!


27-03-2022, 16:58. Yazar: admen
Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib.

Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib.

Hərbi ekspertlər düşünürlər ki, Fərrux dağ yüksəkliyi çox strateji bir yerdir.

Birinci Qarabağ savaşı qazisi Rey Kərimoğlu açıqlamasında deyib ki, ermənilər oradan hər zaman nəzarət ediblər:

"Ona görə də həmişə Ağdam üçün ora təhlükəli yer olub. Bu yüksəkliyin ordumuzun nəzarətinə keçməsi həm Ağdam şəhəri, çay yatağı və 9-a yaxın kəndin təhlükəsizliyinin təmin edilməsi deməkdir. O cümlədən, Şelli, Şıxbabalı, Xoramırd, Xıdırlı, Abdal Gülablı və digər kəndlər üçün bu yüksəkliyin ermənilərdə olması böyük təhlükə demək idi. Orada bizim postlar olacaq. Fərrux yüksəkliyinin azad olunması ilə Ağdam şəhəri üçün təhlükə aradan qalxacaq. Gələcəkdə insanlarımız orada sərbəst şəkildə yaşaya biləcək. Daşbaşından, Fərrux yüksəkliyindən Xankəndi də görünür. Xocalı sanki ovuc içinə düşür. Eyni zamanda, Xankəndi-Ağdərə yolu da Azərbaycan Ordusunun nəzarətinə düşə bilər".

Qeyd edək ki, ilk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. 29 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəklikdə nəzərəti yenidən bərpa etməyi bacarıb.

AİA.Az
Geri dön