Ana Sayfa > Ölkə > GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TEYMUR ƏLİYEVİN DÖGUM GÜNÜ QEYD OLUNDU
GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TEYMUR ƏLİYEVİN DÖGUM GÜNÜ QEYD OLUNDU26-03-2022, 14:46. Yazar: admen |
![]() AİA.Az xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimovanın, Ərazi partiya təşkilat sədrlərinin, qazilərin, gənclərin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən Müharibəsi şəhidi Teymur Əliyevin doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuşdur. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, müqəddəs ruhuna dualar oxunub. Şəhid Teymur Əliyevin xatirəsinə Göyçəkənd kəndində inşa olunmuş bulaq kompleksi ziyaət olunduqdan sonra şəhidin ailə üzvlərinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılmışdır. Görüş zamanı Teymur Əliyevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmış, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Geri dön |