Ana Sayfa > İdman > Türkiyə millisinin baş məşqçisi: "Heç kim bu nəticəyə görə utanmamalıdır"
Türkiyə millisinin baş məşqçisi: "Heç kim bu nəticəyə görə utanmamalıdır"25-03-2022, 11:41. Yazar: admen |
"Komanda ilə qürur duymalıyıq, bu nəticəmizə görə Türkiyədə heç kim utanmamalıdır". Bunu Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunundan sonra mətbuat konfransında deyib. 60 yaşlı mütəxəssis komandası ilə fəxr etdiyini söyləyib: "Hesabı bərabərləşdirmək şansımız oldu. Hər şeyi mükəmməl edə bilmədik. Mütləq öyrənməli olduğumuz şeylər var. Rəqibdən daha çox qol imkanları yaratdıq, lakin statistikalarla maraqlanmıram. Komanda ikinci hissədə əla oyun sərgilədi. İlk 20 dəqiqədə cəsarətsiz idik və sanki futbolçuların qələbəyə inanmadığını gördük. Portuqaliyanın ilk qolundan sonra oyandıq". Almaniyalı baş məşqçi 85-ci dəqiqədə penaltini boşa verən Burak Yılmazla danışmadığını sözlərinə əlavə edib: "Biz onu rahatlaşdırmaq üçün meydanda qrup yaratdıq. Dedik ki, sən bu komandanın kapitanı olduğun üçün qürur duymalısan". AİA.Az Geri dön |