Ana Sayfa > Qərbi Azərbaycan > Ürəyi möhkəmləndirmək üçün

Ürəyi möhkəmləndirmək üçün


12-05-2016, 12:11. Yazar: admin
Ürəyi möhkəmləndirmək üçün


Sizə ürək xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı istifadə olunan çox tanınmış və faydalı xalq təbabəti reseptini təqdim edirik.

Aia.az saglamolun.az-a istinadən bildirir ki, bu vasitə ürəyi və damarları möhkəmləndirir, orqanizmi vacib vitamin və minerallarla təmin edir.

Hərəsi 200 qr olmaqla ərik qurusu, qara qavalı, qoz, limon (qabıqlı), yemişan, qara kişmiş götürülür, blenderdə əzilir, 1/2 kq duru bal əlavə olunur, yaxşı qarışdırılır. Qarışığı 7 gün ərzində soyuducuda saxlayın, vaxtaşırı olaraq qarışdırın. Qarışığı hər gün 1 xörək qaşığı olmaqla səhər tezdən acqarına qəbul edin və 1 stəkan təmiz su için. Bu qarışıq həmçinin immun sistemini möhkəmləndirir, mədə-bağırsaq sisteminə müsbət təsir edir, insana əlavə enerji verir.

Aia.az
Geri dön