Ana Sayfa > Gündəm > Güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizin qalib olması qürurvericidir.
Güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizin qalib olması qürurvericidir.24-03-2022, 16:30. Yazar: admen |
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasət bütün sahələrdə olduğu kimi idmanın inkişafında da özünün yüksək nəticələrini verməkdədir. Görülən işlərin nəticəsidir ki, 17 mart 2022-ci il tarixdə Bolqarıstanda 34 Avropa ölkəsi arasında keçirilmiş çempionatda gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğurlara imza atdılar. Azərbaycan idmançıları yarışda 7-si qızıl olmaqla 16 medal qazandı və komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görüldü. Bu mötəbər tədbirdə Azərbaycanın dövlət himninin yeddi dəfə səsləndirilməsi qürurverici olmaqla, idmanın inkişafına xüsusi dövlət qayğısının olduğunu, ölkəmizin idman dövləti olmasını, idmançılarımızın gücünü, dövlətimizin qüdrətini bariz şəkildə nümayiş etdirir. Milli idman növümüz və idman növləri arasında xüsusi yerə malik olan güləş üzrə Avropa çempionatında birinci olmaq böyük nailiyyətdir və idmançılarla yanaşı bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayır. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Bəli bu kimi qələbələr Azərbaycanın inkişaf etmiş ölkələr sırasında olduğunu sübut edir. Hər bir qələbənin əsasında vətənpərvərlik, vətənə bağlılıq, güclülük və mətinlik dayanır. Məhz bu qələbələrin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qəhrəman Azərbaycan oğulları mətinlik, mübarizlik nümayiş etdirərək düşmənə öz gücünü göstərdi və Zəfər çaldı. Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular vardır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində idmana xüsusi maraq vardır və bu gün ölkədə 50-yə yaxın müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. İdmanın inkişaf etdirilməsi istiqamətdə işğaldan azad edilmiş torpaqlarımızda da vacib işlərin görülməsinə başlanılmışdır. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır. Bu gün idmanın inkişafına göstərilən dövlət qayğısı və görülən işlər deməyə əsas verir ki, Müstəqil Azərbaycan Respublikası bundan sonra da yüksək idman dövləti kimi dünya dövlətləri arasında öz layiqli yerini tutacaq, güclü idmançılarımızın qələbələri ilə üçrəngli bayrağımız mötəbər tədbirlərdə dalğalanacaq, Dövlət Himnimizin səslənməsi xalqımızı daim qürurlandıracaqdır. Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının sədri AİA.Az Geri dön |