Ana Sayfa > İqtisadiyyat > Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb

Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb


24-03-2022, 16:50. Yazar: admen
Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 533,432 mln. nağd ABŞ dolları alıb.

AİA.Az-ın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 8,2% çoxdur. Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır.

Eyni zamanda, 2022-ci ilin ilk iki ayında Azərbaycanda banklara əhali tərəfindən 191,046 mln. nağd dollar satılıb ki, bu da illik müqayisədə 9,1% azdır. Təkcə fevralda banklara satılan nağd dollar kütləsinin həcmi isə 111,278 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 39,5% çoxdur, illik ifadədə isə 21,9% azdır.

AİA.Az
Geri dön