Ana Sayfa > Gündəm > Bu gün Ərdoğanla Bayden görüşəcək
Bu gün Ərdoğanla Bayden görüşəcək24-03-2022, 11:57. Yazar: admen |
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq. AİA.Az xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər. R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir. Geri dön |