Ana Sayfa > Media > Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu23-03-2022, 13:09. Yazar: admen |
![]() Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbəyə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. AİA.Az Geri dön |