Ana Sayfa > İdman > Azərbaycanlı idmançıya ağır cəza - Olimpiya medalı əlindən alınıb
Azərbaycanlı idmançıya ağır cəza - Olimpiya medalı əlindən alınıb23-03-2022, 11:22. Yazar: admen |
Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb. "AİA.Az" "Matc TV"yə istinadən xəbər verir ki, 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin olimpiya medalından məhrum edilib. Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı. Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Geri dön |