Ana Sayfa > Manşet / Siyasət > Bolqarıstanda əldə edilmiş birincilik dövlətimizin qüdrətini nümayiş etdirir
Bolqarıstanda əldə edilmiş birincilik dövlətimizin qüdrətini nümayiş etdirir22-03-2022, 22:07. Yazar: admen |
![]() Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr edirik. Bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan idman dövlətidir. Həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər” – fikri ilə dövlətin idmana nə dərəcədə diqqət göstərdiyini bir daha sübut edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu nəticə ilə komanda hesabında Azərbaycan idmançıları Avropanın 34 ölkəsi arasında birinci yerə layiq görüldü. Əslində qitə miqyaslı bir turnirdə Avropada birinci olmaq böyük nailiyyətdir. Bu o deməkdir ki, ölkəmizin dövlət himni yeddi dəfə Avropanın paytaxt şəhərlərindən birində səsləndirilmişdir. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar. Qeyd etmək lazımdır ki, Azərbaycanda güləşin ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə idmana marağı artırmaq üçün iyirmi ildən artıqdır ki, ölkəmizin bütün regionlarında olimpiya kompleksləri tikilib gənclərin istifadəsinə verilmişdir. Bu gün Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmaqdadır. Bu gün əldə edilən uğurlar sübut edir ki, ötən illər ərzində seleksiya işi çox düzgün aparılmışdır. İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri Geri dön |