Ana Sayfa > Gündəm > YAP Göygöl rayon təşkilatı tərəfindən “Gənclər siyasəti Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətində prioritet təşkil edir” mövzusunda dəyirmi masa keçirilmişdir.

YAP Göygöl rayon təşkilatı tərəfindən “Gənclər siyasəti Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətində prioritet təşkil edir” mövzusunda dəyirmi masa keçirilmişdir.


19-03-2022, 17:33. Yazar: admen
YAP Göygöl rayon təşkilatı tərəfindən  “Gənclər siyasəti Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətində prioritet təşkil edir”  mövzusunda dəyirmi masa keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlunun iştirakı ilə keçirilən dəyirmi masa zamanı ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Gənclər İnkişaf Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, QƏQİB-nin nümayəndələri və fəal gənclər aktivlik nümayiş etdirərək, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolundan geniş və ətraflı söhbət açmışlar.

AİA.Az xəbər verir ki, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək, regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının aktiv fəaliyyətindən bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.

Yap Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı inkişafdan söhbət açmış, Partiyanın 2021-ci ilin 29 dekabr tarixində qəbul edilmiş yeni Proqramının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlmısi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Sonda gəncliyin inkişafı və perspektivlər barədə müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu və Yap Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tərəfindən cavablandırılaraq, dəyərli tövsiyələr verilmiş, qaldırılan aktual məsələlərin həlli istiqamətində lazımi tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir.

Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, bunun üçün Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevə yüksək minnətdarlıq bildirilmişdir.


Geri dön