Ana Sayfa > Siyasət > İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib
İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib19-03-2022, 16:27. Yazar: admen |
![]() Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib. AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm". AİA.Az Geri dön |