Ana Sayfa > Siyasət > Britaniya mina təmizlənməsi prosesində Azərbaycana hər cür dəstəyi göstərir
Britaniya mina təmizlənməsi prosesində Azərbaycana hər cür dəstəyi göstərir19-03-2022, 16:23. Yazar: admen |
![]() Qarabağda minaların təmizlənməsi prosesi uğurla davam edir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Trend-in müxbirinin sualını cavablandırarkən deyib. "Bu proses ilk növbədə yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıda bilməsi üçün çox vacibdir", - səfir deyib. Onun sözlərinə görə, Böyük Britaniya əvvəlki kimi Azərbaycan Minatəmizləmə Agentliyinə minaların təmizlənməsi prosesində, eləcə də insanların mina təhlükəsi barədə məlumatlandırılmasında hər cür dəstəyi göstərir. Səfir, həmçinin bildirib ki, özü şəxsən Böyük Britaniya şirkətlərinin minatəmizlmə üzrə məşğələlər keçdiyi Cəbrayıl rayonunda olub. AİA.Az Geri dön |