Ana Sayfa > Qərbi Azərbaycan > Ekoloji xəstəliklər, onların əmələ gəlməsi və növləri
Ekoloji xəstəliklər, onların əmələ gəlməsi və növləri19-03-2022, 15:59. Yazar: admen |
Son illəri ekologiyanın pozulması səbəbindən əmələ gələn xəstəliklərin sayı hədsiz miqdarda artıb. Ekoloji xəstəliklər aşağıdakı səbəblərdən meydana gəlir: * Havanın çirklənməsi (havada CO,CO2, SO, NO-un və s. miqdarının normadan 10 dəfə artıq olması) * Radiasiyanın yüksəlməsi * Kənd təsərüffatı sahələrində kimyəvi maddələrin həddindən çox istifadə edilməsi * Məişət kimyasının inkişafı Yuxarıda yazılanların təsirindən insanlarda əvvəllər məlum olmayan xəstəliklər meydana çıxmışdır: 1 Kimyəvi astma * aspirin astması * sulfit astması * nitrit astması 2 Kireş sindromu * zavodlarda mal-qara üçün istehsal edilən yarımsintetik tullantıların təsiri nəticəsində uşaqlarda əmələ gələn astma 3 Minemat xəsatəliyi * dəniz məhsullarında olan metil-civənin təsiri nəticəsində mərkəzi sinir sisteminin zədlənməsi, spastik ifliclər və əqli çatışmazlıq 4 Yuşo xəstəliyi * bitki yağlarının tərkibindəki bifenilaminin təsiri nəticəsində dərinin zədələnməsi 5 Ümumi immun depressiya - " kimyəvi QİÇS " * dioksinlər və ağır metal duzlarının təsiri nəticəsində əmələ gəlir Ətraf mühitin mənfi təsirləri insan orqanizmində özünü aşağıdakı əlamətlərlə göstərir: - süstlük - baş ağrıları - qarında ağrılar - arterial distoniya - EKQ-də dəyişikliklər - tədricən inkişaf edən ikincili immundefisit AİA.Az Geri dön |