Ana Sayfa > Ölkə > Müddətli həqiqi hərbi xidmətə çağırış üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Müddətli həqiqi hərbi xidmətə çağırış üzrə komissiyanın yeni tərkibi təsdiqlənib19-03-2022, 15:14. Yazar: admen |
Baş nazir Əli əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi" aşağıdakı redaksiyada verilsin: "Komissiyanın sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Komissiya sədrinin müavini Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Azərbaycan Respublikası müdafiə nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini.". AİA.Az Geri dön |