Ana Sayfa > Gündəm > ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya verməyi təklif edib
ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya verməyi təklif edib19-03-2022, 09:21. Yazar: admen |
ABŞ Rusiya istehsalı olan S-400 raket sistemlərini Ukraynaya verməyi təklif edib. AİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Paul Kolbe deyib. "Türkiyə Moskvaya qarşı mübarizə üçün Rusiyanın sonuncu S-400 sistemlərini Ukraynaya təhvil verərək ABŞ ilə razılığa gəlməlidir",- deyə Kolbe bildirib. Mütəxəssis xatırladıb ki, Ankaranın Rusiya silahlarını alması Vaşinqtonun kəskin mənfi reaksiyasına səbəb olub və cavab olaraq Türkiyəyə F-35 qırıcılarının satışını dayandırıb. Keçmiş kəşfiyyatçı belə bir sövdələşmənin Ankara ilə Vaşinqton arasında münasibətlərin bərpasına kömək edəcəyini düşünür. Geri dön |