Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərmanlar ucuzlaşacaq


12-05-2016, 10:55. Yazar: admin


Yaxın aylarda dərmanların qiymətində hiss olunacaq dərəcədə ucuzlaşma gözlənilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev verdiyi açıqlamada bildirib ki, ilin sonuna qədər paytaxtdakı apteklərdə qiymətlər tam tənzimlənəcək:

"Ümumilikdə dərman satışı bazarında 11 minə yaxın dərman vasitəsi var. Dövlət qeydiyyatından da 4500 dərman vasitəsi keçib. Artıq 7 mindən artıq dərmanların qiymətləri tənzimlənib. İlin birinci yarısında mövcud dərman vasitələrinin tənzimlənməsi başa çatacaq. Bu da imkan verəcək ki, apteklərdə dərmanların qiyməti münasib olsun".
Geri dön