Ana Sayfa > Dünya > Bayden ABŞ-ı “Titanik” kimi batıracaq - Şeremet
Bayden ABŞ-ı “Titanik” kimi batıracaq - Şeremet18-03-2022, 17:50. Yazar: admen |
ABŞ Prezidenti Co Baydenin Ukraynaya yardımı Rusiyaya qarşı hücumdur. AİA.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib. "Bayden daha bir antirusiya hücumu edir, ölkəsini iqtisadi və siyasi çöküşə yaxınlaşdırır. Birləşmiş Ştatlar Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində həll edilməyən problemlərdən ibarət aysberqlə üzləşəcək. Bayden getdikcə daha çox ABŞ adlı layneri qəti ölümə aparan "Titanik" kapitanını xatırladır", - Şeremet bildirib. Onun sözlərinə görə, Bayden düşmənçilik və təcavüzkar siyasəti ilə bütün Amerika xalqının rifahını təhlükə altına qoyur: "Ukraynadakı "xüsusi əməliyyat" Kiyev rejimi və onun qərbli ağaları nə qədər müqavimət göstərsələr də, başa çatacaq", - deputat vurğulayıb. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Qeyd edək ki, Bayden ABŞ-ın bu həftə Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımı edəcəyini bildirmişdi. AİA.Az Geri dön |