Ana Sayfa > Seçki 2024 > GÖYGÖL RAYONUNDA AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ŞƏHİD,ELŞAD MƏMMƏDOVUN ANIM GÜNÜ QEYD OLUNDU

GÖYGÖL RAYONUNDA AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ŞƏHİD,ELŞAD MƏMMƏDOVUN ANIM GÜNÜ QEYD OLUNDU


18-03-2022, 16:22. Yazar: sevinc1
GÖYGÖL RAYONUNDA AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ŞƏHİD,ELŞAD MƏMMƏDOVUN ANIM GÜNÜ QEYD OLUNDU


YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, gənc partiya fəalları, qazilər və şəhidin ailə üzvlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun anım günü münasibətilə Göygöl rayonunun Qırıqlı kənd Şəhidlər Xiyabanındakı məzarını və Yeni Qızılca kəndində ucaldılmış abidə kompleksini ziyarət ediblər. Ziyarət zamanı şəhidin məzarı və abidəsi önünə gül dəstələri qoyulub, müqəddəs ruhuna dualar oxunub. Məktəblilərin ifasında şeirlər səsləndirildikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun ailə üzvlərinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılmışdır.

Görüş zamanı Elşad Məmmədovun göstərdiyi şücayət və qəhrəmanlıqlardan söhbət açılmış, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

aia.az
Geri dön